Ordu.azxəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Bayraktar” AKINCI ASELSAN və TÜBİTAK SAGE tərəfdaşlığında istehsal olunan KGK-82 ilə həyata keçirdiyi atışda hədəfi dəqiq vurub.
Müdafiə Sənayesi Komitəsində Mətbuat və Rəqəmsal Media Koordinatorluğu vəzifəsinə Abdulkadir Karakelle təyin olunub.
STM uzun mənzilli yeni kamikadze pilotsuz uçuş aparatının ilk sınaq uçuşunu həyata keçirdiyini açıqlayıb.
TUSAŞ tərəfindən istehsal olunan ANKA pilotsuz uçuş aparatı Malayziyada ilk sınaq uçuşunu həyata keçirib.
ASELSAN seriyalı istehsal xəttindən çıxan PUHU 3-LT Mobil Rabitə Radioelektron Dəstək Sistemi vasitələrinin görüntülərini paylaşıb.
“Baykar” tərəfindən hazırlanmış Bayraktar KIZILELMA-nın ikinci seriya istehsalı sınaq uçuşunu həyata keçirib.
ROKETSAN raket istehsal gücünü 5 dəfə artırdığını açıqlayıb.
Kanadanın “Kraken Robotics” şirkətinin “Katfish” sonar sistemi ASELSAN və “Sefine” Gəmiqayırma Zavodu tərəfindən hazırlanmış MARLİN insansız dəniz platformasında sınaqdan keçirilib.
GÖKBEY hava təcili yardım helikopteri ilk sınaq uçuşunu həyata keçirib.
ASELSAN Akademiyasının məzuniyyət mərasimi və ASELABS açılışı keçirilib.
“Mavi Vətən-2026” təlimində AKYA ağır sinfə məxsus torpedosu “Sakarya” sualtı qayığından buraxılaraq hədəfi dəqiq vurub.
ASELSAN tərəfindən istehsal olunan və əldəqayırma partlayıcı qurğuları aşkar edən EJDERHA sistemi Quru Qoşunları Komandanlığının inventarına daxil edilib.
Kubilay Eler “Nicomatic” şirkətində Satış və Marketinq Direktoru olub.
ASELSAN tərəfindən istehsal olunan LGK 82 lazer tuşlama dəstinin zavod qəbul sınaqları tamamlanaraq seriyalı təhvil verilməsinə başlanılıb.
Niderlandın “Damen” şirkəti Antalyada Türkiyə Sahil Mühafizə Komandanlığı üçün 13 ədəd SAR 1906 axtarış-xilasetmə kateri inşa edəcək.
“Türk Hava Yolları”nın Baş direktoru vəzifəsinə Ahmet Olmuştur, İdarə Heyətinin və İcra Komitəsinin sədri vəzifəsinə isə professor doktor Murat Şeker təyin olunub.
Türkiyə müdafiə sənayesi şirkətləri Çilidə keçirilən FIDAE 2026 sərgisində məhsullarını nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az